logo

"Azərsu" ASC 1 milyon 361 min abunəçiyə xidmət göstərir


Yaradılıb: 04-11-2015 09:28

      2015-ci ilin 9 ayında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin içməli su təchizatı və kanalizasiya xidmətləri göstərdiyi abunəçilərin sayı  52195  və ya 4 faiz  artmışdır. 01 oktyabr 2015-ci il tarixinə olan məlumata görə, “Azərsu” ASC-də 1361596 abunəçi içməli su  və kanalizasiya xidmətlərinin  istifadəçisi  kimi qeydiyyata alınmışdır. İstehlakçıların  1303667-i və ya 95,7  faizi  əhali, 57929-u və ya 4,3 faizi isə qeyri-əhali qrupu abunəçiləridir. Yanvar-sentyabr ayları ərzində əhali qrupu abunəçilərinin sayında artım 47836 və ya 3,8 faiz, qeyri-əhali qrupu abunəçiləri üzrə isə 4359 abunəçi və ya 8,1 faiz təşkil etmişdir.

    Abunəçi sayında artım yeni layihələrin icrası nəticəsində istehlakçıların mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması, içməli su və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə hallarının aşkarlanaraq qeydiyyata alınması hesabına baş vermişdir.

    01 oktyabr 2015-ci il tarixə “Azərsu” ASC-nin xidmət göstərdiyi əhali qrupu  abunəçilərinin  58,9 faizi , qeyri-əhali qrupu abunəçilərinin isə 78,7 faizi sayğacla təmin olunmuşdur.