logo

Şamaxı və Quba şəhərlərində regional təlimlər keçirilmişdir


Yaradılıb: 15-10-2015 10:13

                              

    Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyətitərəfindən bölgələrdə içməli su və kanalizasiya  sistemləri üzrə yeni infrastrukturlar yaradılır, müasir tipli avadanlıqlar və qurğular istismara verilir. Həyata keçirilən layihələrdə müasir avadanlıq və qurğulardan istifadə olunması nəzərə alınaraq işçilərin peşə bilik səviyyələrinin təkmilləşdirilməsi,müasir texnologiyalardan istifadə bacarıqlarının artırılması istiqamətində təlim-tədris işləri davam etdirilməkdədir.

“Azərsu" ASC-nin  "Regional Təlim-İnkişaf Proqramı-2” layihəsi çərçivəsində Şamaxı və Quba şəhərlərində növbəti regional təlimlər keçirilmişdir. “Azərsu” ASC ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında “Elm və innovasiyaların tətbiqi sahəsində birgə fəaliyyətə dair” Niyyət Sazişi çərçivəsində Akademiyanın dəstəyi iləonun nəzdində olan vəŞamaxı rayonunun ərazisindəki Y.Məmmədəliyev adına qəsəbədə yerləşən Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında  keçirilmiş təlimə Qobustan, Şamaxı, İsmayıllı, Ağsu rayon sukanal idarələrinin 41 əməkdaşı cəlb olunmuşdur. Təlimdə müştəri xidmətləri üzrə işçilər, kompüter operatorları, mühasiblər, kadrlar üzrə müfəttişlər iştirak etmişlər. Təlim müddətində  iştirakçılar Şamaxı Sukanal idarəsinin laborotoriyasında, qurğularında  keçirilən praktiki məşğələlərə cəlb edilmişlər.

Quba şəhərində keçirilmiş təlimlərə isə şimal bölgəsində yerləşən 6 sukanal idarəsinin (Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı) əməkdaşları cəlb olunmuşlar. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə Bakı Dövlət Universiteti arasında imzalanmış “Təlim-tədris sahəsində əməkdaşlığa dair” memoranduma uyğun olaraq BDU-nunQuba rayonunda yerləşən Tədris-Təcrübə Mərkəzində təşkil olunmuş təlimlərdə müştəri xidmətləri üzrə işçilər, kompüter operatorları, mühasiblər, kadrlar üzrə müfəttişləri, ümumilikdə 117 əməkdaş iştirak etmişdir. Təlim proqramı çərçivəsində iştirakçılar Quba Sukanal idarəsinin inzibati binası, laboratoriyası, SCADA sistemi   ilə tanış olmuş,   praktiki məşğələlərə cəlb edilmişdirlər.

"Regional Təlim-İnkişaf Proqramı-2” layihəsi çərçivəsində keçirilən təlimlər  “Azərsu” ASC-nin müxtəlif fəaliyyət sahələrini əhatə edən peşəkar mütəxəssislər, habelə “Azərsu” ASC ilə “Suez Environnement” şirkəti arasında bağlanmış "Praktiki təlim, nou-hou ötürülməsi və texniki yardıma dair müqavilə"nin şərtlərinə uyğun olaraq həmin şirkətin ekspertləri tərəfindən  aparılmışdır. Nəzəri biliklər əldə etməklə yanaşı, avadanlıq və qurğuların iş prinsipi ilə yerində tanış olmaq üçün təlim iştirakçılarının istehsalat sahələrinə  səfərləri də təşkil olunmuşdur. Təlim iştirakçılarının asudə vaxtlarını səmərəli təşkili üçün müxtəlif tədbirlər həyata keçirilmişdir.

"Regional Təlim-İnkişaf Proqramı-2” layihəsi çərçivəsində respublikanın 7 regionunda keçirilmiş təlimlərdə 9 vəzifə və peşə üzrə 1077 əməkdaş iştirak etmişdir. Hazırda  digər sahələr üzrə təlimlər davam etdirilir.