logo

Nazirlər Kabineti “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin strukturu ilə bağlı bəzi məsələlər barədə qərar qəbul etmişdir


Yaradılıb: 07-09-2015 04:54

    Azərbaycan Respublikası Nazirlər Kabineti "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) strukturu ilə bağlı bəzi məsələlər barədə qərar vermişdir.

Qərara əsasən, Səhmdar Cəmiyyət "Azərsu" ASC-nin İstehsalat Texniki Komplektləşdirmə İdarəsinin ona qoşulması şəklində yenidən təşkil ediləcək. İndiyə qədər "Azərsu" ASC-nin tabeliyində hüquqi şəxs statusunda olan İstehsalat Texniki Komplektləşdirmə İdarəsinin bu statusu ləğv edilir və idarə  "Azərsu"ASC-nın tabeliyində olan hüquqi şəxs olmayan təşkilata çevrilir. "Azərsu" ASC hüquqi varislik qaydasında ona qoşulan "Azərsu" ASC-nin İstehsalat Texniki Komplektləşdirmə İdarəsinin bütün hüquq və öhdəliklərini öz üzərinə götürəcək. "Azərsu" ASC-yə qoşulan  "Azərsu" ASC-nin İstehsalat Texniki Komplektləşdirmə İdarəsinin nizamnamə kapitalı konvertasiya olunmadan ödəniləcək, "Azərsu" ASC-nin nizamnamə kapitalı mövcud səviyyədə saxlanılacaq.

 Qərara əsasən, "Azərsu" ASC-nın "Göyçay Sukanal" Törəmə Səhmdar Cəmiyyəti və "Ağdaş Sukanal" Törəmə Səhmdar Cəmiyyəti  "Azərsu" ASC-nın "Birləşmiş Sukanal" Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibində fəaliyyət göstərən hüquqi şəxslər kimi müəyyən edilmişlər.  Eyni zamanda "Azərsu" ASC-nin tabeliyində olan hüquqi şəxs olmayan təşkilatların siyahısında da dəyişiklik edilib. "Oğuz-Qəbələ-Bakı Su Kəməri" İdarəsi  Oğuz-Qəbələ-Bakı Su Təchizatı İdarəsinə, "Kür Su Kəmərləri" İdarəsi  Kür Su Təchizatı İdarəsinə,  "Ceyranbatan Su Kəmərləri" İdarəsi Ceyranbatan Su Təchizatı  İdarəsinə, "H.Z.Tağıyev adına Su Kəmərləri" İdarəsi H.Z.Tağıyev adına Su Təchizatı İdarəsinə çevrilib. "Azərsu" ASC-nin tabeliyindəki hüquqi şəxs olmayan təşkilatların siyahısına Ekologiya İdarəsi və İstehsalat-Texniki Komplektləşdirmə İdarəsi də əlavə edilib.

Buna müvafiq olaraq, İstehsalat-Texniki Komplektləşdirmə İdarəsi, "Göyçay Sukanal" Törəmə Səhmdar Cəmiyyəti və "Ağdaş Sukanal" Törəmə Səhmdar Cəmiyyəti "Azərsu" ASC-nın tabeliyində olan hüquqi şəxslər (müəssisələr) siyahısından çıxarılmışdır.