logo

İşçilərin yay istirahətinin səmərəli təşkilinə xüsusi diqqət yetirilir


Yaradılıb: 27-08-2015 09:51

   “Azərsu” Açıq Səhmdar Cəmiyyətində işçilərin yay mövsümündə istirahətlərinin səmərəli təşkilinə xüsusi diqqət yetirlir.  Hər il ənənəvi olaraq Cəmiyyətin işçilərinin və onların ailə üzvlərinin asudə vaxtlarının səmərəli təşkili istiqamətində bir sıra mədəni və istirahət xarakterli tədbirlər keçirilir. “Azərsu” ASC və Su Təsərrüfatı İşçiləri  Həmkarlar İttifaqı Respublika Komitəsinin   birgə tədbirlər planına əsasən Cəmiyyətin idarə və təşkilatlarında çalışan işçilər və onların ailə üzvləri ölkəmizin müxtəlif bölgələrindəki istirahət mərkəzlərinə göndərilir.

Təsdiq olunmuş qrafikə əsasən, 2015-cü ilin yay mövsümü üçün iyun ayından  yollayışların verilməsinə başlanmışdır. İyun, iyul və avqust ayları ərzində  “Azərsu” ASC-nin idarə və müəssisələrində çalışan işçilər və onların ailə üzvləri Xaçmaz, Qusar, İsmayıllı və Naftalandakı istirahət və müalicə mərkəzlərinə göndərilmişdir. Ümumilikdə 2361 nəfər bu imkandan yararlanmışdır.

İstirahət mərkəzlərində işçilərin və onların ailə üzvlərinin mənalı istirahəti üçün normal şərait yaradılmışdır. Onlar istirahət mərkəzlərində dincəlməklə yanaşı, ətraf rayonların dilbər guşələrinə, tarixi abidələr yerləşən məkanlarına  ekskursiyaya aparılmışlar.