logo

"Azərsu" ASC-nin xidmət göstərdiyi abunəçilərin sayı artmışdır


Yaradılıb: 12-08-2015 08:49

    2015-ci ilin ikinci  rübündə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin içməli su təchizatı və kanalizasiya xidmətləri göstərdiyi abunəçilərin sayı 13 min artmışdır. 01 iyul 2015-ci il tarixinə olan məlumata görə, “Azərsu” ASC-də 1344523 abunəçi içməli su  və kanalizasiya xidmətlərinin  istifadəçisi  kimi qeydiyyata alınmışdır. İstehlakçıların 1229287-i və ya 95,8  faizi  əhali, 55236-ı və ya 4,2 faizi isə qeyri-əhali qrupu abunəçiləridir. 2015-ci ilin aprel, may və iyun ayları ərzində əhali qrupu abunəçilərinin sayında artım 12304, qeyri-əhali qrupu abunəçiləri üzrə isə 682 abunəçi təşkil etmişdir.

01 iyul 2015-ci il tarixə “Azərsu” ASC-nin  sayğacla təmin olunmuş abunəçilərinin sayı 735929-a çataraq sayğaclaşma səviyyəsi 57,9 faiz təşkil etmişdir. Hazırda əhali qrupu abunəçilərinin 57 faizi, qeyri-əhali qrupu abunəçilərinin isə 78,5 faizi sayğaclarla təmin olunmuşdur.