logo

"Azərsu" ASC-nin əməkdaşlarına fəxri adların vəsiqələri və medallar təqdim edilmişdir


Yaradılıb: 03-07-2015 12:08

 
               

 

   Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2015-ci il tarixli sərəncamları ilə “Əməkdar mühəndis” fəxri adına və “Tərəqqi” medalına layiq görülmüş “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlarına mükafatların təqdim olunması mərasimi keçirilmişdir.

   Təltif olunmuş əməkdaşları təbrik edən  “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov əvvəlcə ölkəmizdə keçirilmiş  “Bakı-2015” Birinci Avropa Oyunlarına toxunmuşdur: “Azərbaycan Birinci Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməklə adını dünyanın idman tarixinə qızıl hərflərlə yazdı. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Oyunlara hazırlıq işləri cəmi iki il yarıma başa çatdırıldı və yarışların davam etdiyi 17 gün unudulmaz anlar kimi uzun müddət yaddaşlarda qalacaqdır. İdman mütəxəssisləri Avropa Oyunlarının Olimpiya oyunları səviyyəsində keçdiyini söyləyir və Azərbaycan bununla yeni idman standartlarına imza atmış oldu. Açılş və bağlanış mərasimlərinin milli  üslubda ən yüksək səviyyədə hazırlanması və təqdimatı isə xüsusi qeyd olunmalıdır. Bu idman bayramını Azərbaycan xalqına yaşatdığına görə möhtərəm Prezidentə “Azərsu” ASC-nin kollektivi adından dərin minnətdarlığımı bildirirəm. Oyunlara hazırlıq çərçivəsində “Azərsu” ASC tərəfindən də xeyli iş görülmüş, yeni magistral və şəbəkə su xətləri, kanalizasiya kollektorları və nasos stansiyaları tikilmiş, yarışların davam etdiyi günlərdə idman qurğularının, olimpiya kəndinin, otellərin və digər obyektlərin dayanıqlı və keyfiyyətli içməli su təchizatının aparılması üçün mühüm işlər görülmüşdür”.

                

   “Azərsu” ASC sədri bildirmişdir ki, 5 iyun “”Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı ərəfəsində Prezident sərəncamları ilə Cəmiyyətin 2 əməkdaşının “Əməkdar mühəndis” fəxri adı, 12 əməkdaşının isə “Tərəqqi” medalı ilə təltif olunması kollektivin əməyinə verilən ən böyük qiymətdir: “Kollektivimz möhtərəm Prezident İlham Əliyevin etimadını doğrultmaq üçün bundan sonra daha əzmlə çalışacaq və yeni-yeni uğurlara imza atacaqdır”.

   Sonra “Əməkdar mühəndis”  fəxri adına layiq görülmüş və “Tərəqqi” medalı ilə təltif olunmuş, həmçinin “Azərsu” ASC-nin Fəxri Fərmanı ilə mükafatlandırılmış əməkdaşlar təltif edilmişdir.

                                  

   “Əməkdar mühəndis”  fəxri adına layiq görülmüş “Birləşmiş Sukanal” MMC-nin direktor Etibar Məmmədov və “Tərəqqi” medalı ilə təltif olunmuş “Şəki Sukanal” TSC-nin direktoru Bayram Məmmədov  su təsərrüfatı işçilərinin əməyinə verdiyi qiymətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, Heydər Əliyev ideyalarının inkişafı naminə bundan sonra da səylə çalışacaqlarını bildirmişlər.