logo

“Azərsu” ASC-nin 2014-cü il üzrə maliyyə hesabatları müsbət audit rəyi almışdır


Yaradılıb: 02-07-2015 10:32

 

   "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin 2014-cü il üzrə konsolidasiya edilmiş maliyyə hesabatları dünyanın nüfuzlu auditor şirkətlərindən hesab edilən və “Böyük dördlüyün” üzvü olan “Ernst &Young”   şirkəti tərəfindən audit edilmişdir. Maliyyə hesabatlarının bütün əhəmiyyətli aspektlər üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğunluğu barədə  rəy alınmışdır.

   Maliyyə hesabatları müstəqil auditorun rəyi ilə birlikdə aidiyyatı dövlət orqanlarına və maliyyə institutlarına təqdim edilmişdir. Qanunvericilik aktlarının tələblərinə uyğun olaraq, maliyyə hesabatlarında təqdim olunmuş informasiyadan sərbəst istifadəni təmin etmək məqsədilə "Azərsu" ASC-nin  2014-cü il üzrə konsolidasiya olunmuş maliyyə hesabatları Səhmdar Cəmiyyətin internet səhifəsində  dərc olunmuşdur.

  Qeyd etmək lazımdır ki, maliyyə hesabatlarında beynəlxalq standartların tələblərinə uyğun olaraq Səhmdar Cəmiyyətin maliyyə - təsərrüfat fəaliyyətini dürüst, etibarlı şəkildə əks etdirən informasiya, o cümlədən aktivlərin və öhdəliklərin ədalətli dəyəri, artan yekunla gəlirlər, xərclər və maliyyə nəticələri, pul vəsaitlərinin axını (hərəkəti), kapitalda hesabat dövrü ərzində baş vermiş dəyişikliklər öz əksini tapmışdır.