logo

Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır


Yaradılıb: 30-04-2015 04:53

   Yay mövsümünə hazırlıq işləri çərçivəsində magistral xətlərdə profilaktik tədbirlərin həyata keçirilməsi ilə əlaqədar 30 aprel 2015-ci il tarixdə gün ərzində Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli su məhdudiyyətlə veriləcəkdir.

     Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.