logo

Yay mövsümünə hazırlıq işləri ilə əlaqədar içməli suyun verilməsində məhdudiyyətlər olacaq


Yaradılıb: 21-04-2015 11:27

       Yay mövsümünə hazırlıq işləri çərçivəsində magistral xətlərdə profilaktik tədbirlərin həyata keçirilməsi ilə əlaqədar 22 aprel 2015-ci il tarixdə saat 08:00-dan 23:00-dək  Ceyranbatan və Saray qəsəbələrinə, Masazır qəsəbəsinin “Qurtuluş” yaşayış massivinə, Novxanın kəndinin bir hissəsinə,  Yeni Biləcəri yaşayış  sahəsinə içməli su məhdudiyyətlə veriləcəkdir.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.