logo

7-ci Dünya Su Forumunda iştirak etmək üçün Azərbaycan nümayəndə heyəti Koreya Respublikasında səfərdədir


Yaradılıb: 13-04-2015 04:28

   Koreya Respublikasının Dequ və Gyenju şəhərlərində 7-ci Dünya Su Forumu keçirilir. Tədbirdə Azərbaycanı “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
    AZƏRTAC-ın məlumatına görə Dünya Su Şurasının təşkilatçılığı ilə hər üç ildən bir keçirilən forum su amilinin və su ilə əlaqədar geniş spektrli məsələlərin dövlətlərarası müzakirəsi üçün platforma xarakteri daşıyır.
   Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti forumun plenar iclasında, dəyirmi masalarda və müxtəlif bölmə iclaslarında iştirak edəcək, ikitərəfli görüşlər keçirəcək.