logo

Kadr ehtiyat bazasının gücləndirilməsi məqsədilə müraciətlərin qəbulu davam edir


Yaradılıb: 07-04-2015 10:18

      “Azərsu” Açıq Səhmdar Cəmiyyəti kadr ehtiyat bazasının gücləndirilməsi məqsədilə Şirvan, Hacıqabul, Kürdəmir, Ucar və Sabirabad  sukanal idarələri üçün müxtəlif vəzifə və peşələr üzrə müraciətlərin qəbulunu elan edir.

Kadr ehtiyat bazasına avtomatika və metrologiya üzrə mühəndis, mexanik, energetik, hidrotexnik, kimyaçı-bioloq, təmizləyici qurğuların operatoru, təmirçi çilingər, nasos qurğularının maşinisti, xlorator qurğusunun operatoru daxil ediləcəkdir.

Maraqlananlar şəxsi məlumatlarını (CV)  müvafiq vəzifənin və ya peşənin adı göstərilməklə  15 aprel 2015-ci il tarixədək  hr@azersu.az ünvanına göndərə bilərlər.