logo

Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq


Yaradılıb: 06-04-2015 11:20

    İstehlakçıların diqqətinə çatdırılır ki, “Ağ şəhər” yaşayış massivinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində Bakı şəhəri Xətai rayonu Xəqani Rüstəmov küçəsindən keçən magistral su xətti üzərində yenidənqurma işlərinin aparılması ilə əlaqədar 07 aprel 2015-ci il tarixdə saat 09:00-dan etibarən gün ərzində Xocalı prospekti, Xəqani Rüstəmov, Mehdi Mehdizadə, Nəcəfqulu Rəfiyev  küçələrinə içməli suyun verilməsində  məhdudiyyətlər olacaqdır.

   Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.