logo

Alim və mütəxəssislərin mühazirələri maraqla qarşılanmışdır


Yaradılıb: 31-03-2015 05:41

    “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) arasında “Təhsil, elm, ixtisasartırma və əmək məşğulluğu sahəsində əməkdaşlığa dair Müqavilə”yə uyğun olaraq  “Azərsu” ASC-nin alim və mütəxəssisləri tərəfindən universitetdə tələbə, magistr və gənc alimlərinə su sektorunun müxtəlif sahələri üzrə mühazirələrin oxunması prosesinə başlanılmışdır.

 Martın 17-də “Azərsu” ASC sədrinin müşaviri, əməkdar mühəndis Telman Ağayev tərəfindən AzMİU-da tələbə, magistr və gənc alimlərə “Böyük Bakının su sektorunun Master Planı” mövzusunda mühazirə oxunmuşdur. T.Ağayev  Master Planda Bakı şəhəri və Abşeron yarımadasının içməli su tullantı və yağış suları infrastrukturlarının yaradılması və yenidən qurulmasının perspektiv istiqamətləri barədə məlumat vermişdir.

   Növbəti mühazirə 18 mart 2015-ci il tarixində “Su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsinin prioritet istiqamətləri” mövzusunda olmuşdur.  “Azərsu” ASC “Sukanal” ETLİ-nin direktoru, iqtisad elmləri doktoru, professorYaşar Kəlbiyev içməli su və kanalizasiya sistemlərinin layihələndirilməsi işlərinin xüsusiyyətləri, bu sahədə tətbiq olunan yeni texnologiyalar barədə ətraflı çıxış etmişdir.

Hər iki mühazirə tələbə, magistr, gənc alimlər və müəllim-professor heyəti tərəfindən böyük maraqla qarşılanmışdır.

Qeyd edək ki,  19 dekabr 2012-ci il tarixində “Azərsu” ASC ilə AzMİU arasında “Təhsil, elm, ixtisasartırma və əmək məşğulluğu sahəsində əməkdaşlığa dair” müqavilə imzalanmışdır. Müqavilə “Azərsu” ASC-nin müvafiq ixtisaslı mütəxəssislərlə  təmin olunması, işçilərin peşəkarlığının artırılması, təhsil, elm, istehsalat sahələrində qarşılıqlı maraq doğuran əməkdaşlıq məsələlərini nəzərdə tutur. Müqaviləyə uyğun olaraq 17 fevral 2015-ci il tarixində  “Azərsu” ASC-nin dəstəyi ilə Azərbaycan Memarlıq və İnşaat UniversitetindəSu təchizatının problemləri üzrə elmi-tədqiqat və tədris laboratoriyası istifadəyə verilmişdir.