logo

Səbail, Nəsimi və Yasamal rayonlarının bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq


Yaradılıb: 10-03-2015 12:52

    Bakı şəhəri Cəlil Məmmədquluzadə və Bakıxanov küçələrinin kəsişməsindən keçən 700 mm diametrli magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar 11 mart 2015-ci il tarixdə saat 09:00-dan etibarən gün ərzində  Səbail, Nəsimi və  Yasamal rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində  məhdudiyyətlər olacaqdır.

    Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.