logo

Ümumdünya Mülki Müdafiə Günü münasibətilə tədbir keçirilmişdir


Yaradılıb: 02-03-2015 12:20

               

“Azərsu” Açıq Səhmdar Cəmiyyətində  1 mart - Ümumdünya Mülki Müdafiə Günü münasibətilə  tədbir keçirilmişdir.  Tədbirdə “Azərsu” ASC-nin əməkdaşları və mülki müdafiə qüvvələrinin üzvləri,  Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə İdarəsinin nümayəndələri iştirak etmişlər.

Tədbirdə çıxış edən  “Azərsu” ASC Mülki Müdafiə Qərargahının rəisi Cahangir Şərifov bildirmişdir ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə 1972-ci ildən 1 mart tarixi Ümumdünya  Mülki  Müdafiə  Günü  kimi  qeyd  olunur.  Azərbaycan Respublikası 1993-cü ildə bu  təşkilatın üzvlüyünə  qəbul  edilmişdir.  Fövqəladə hallarla mübarizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanlarının başlıca vəzifəsidir və bu sahədə son illər “Azərsu” ASC-də geniş işlər həyata keçirilir.

Tədbirə dəvət olunmuş FHN Mülki Müdafiə Qoşunları Mülki Müdafiə İdarəsinin rəisi  polkovnik  Qüdrət  Ağayev  çıxış edərək bildirmişdir ki,  belə tədbirlər mülki müdafiənin vacibliyi və həyati əhəmiyyəti barədə işçilərin maarifləndirilməsinə xidmət edir. Son  illər  ölkəmizdə  bu  sahəyə  xüsusi diqqət yetirilir və Mülki Müdafiə Qüvvələrinin fəaliyyəti beynəlxalq standartların tələblərinə cavab verir.  Q.Ağayev mülki müdafiə sahəsində “Azərsu” ASC-də həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişdir.

Daha sonra fövqəladə hadisələrin qarşısının alınması sahəsində “Azərsu“ ASC-də həyata keçirilmiş mülki müdafiə tədbirlərinin geniş təqdimatı olmuşdur.