logo

İçməli suyun verilməsində məhdudiyyətlər olacaqdır


Yaradılıb: 23-02-2015 12:19

    Maştağa və Ramana su anbarları komplekslərini birləşdirən magistral su xətlərinin yenidən qurulması ilə əlaqədar 24 fevral 2015-ci il tarixdə saat 04:00-dan etibarən Sabunçu, Suraxanı və Xəzər rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində 30 saat müddətinə məhdudiyyətlər olacaqdır.

    Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.