logo

Kadr ehtiyat bazasının gücləndirilməsi məqsədilə müraciətlərin qəbuluna başlanılmışdır


Yaradılıb: 20-02-2015 05:27

      “Azərsu” Açıq Səhmdar Cəmiyyəti kadr ehtiyat bazasının gücləndirilməsi məqsədilə Ağsu, Göyçay, Qobustan, Şamaxı və İsmayıllı rayon sukanal idarələri üçün müxtəlif vəzifə və peşələr üzrə müraciətlərin qəbulunu elan edir.

Kadr ehtiyat bazasına avtomatika və metrologiya üzrə mühəndis, mexanik, energetik, hidrotexnik, kimyaçı-bioloq, təmizləyici qurğuların operatoru, təmirçi çilingər, nasos qurğularının maşinisti, xlorator qurğusunun operatoru vəzifə və peşələri üzrə şəxslər daxil ediləcək.

Maraqlananlar şəxsi məlumatlarını (CV)  müvafiq vəzifənin və ya peşənin adı göstərilməklə  03 mart 2015-ci il tarixədək  hr@azersu.az ünvanına göndərə bilərlər.