logo

Suraxanı rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq


Yaradılıb: 18-02-2015 05:55

      Bakı şəhəri Qaraçuxur qəsəbəsi  Cəlal Qurbanov küçəsindən keçən 500 mm magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar “+ 98 Şərq” anbarından magistral xəttə suyun verilişi dayandırılmışdır. Bununla əlaqədar 18 fevral 2015-ci il tarixdə gün ərzində Suraxanı rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.