logo

İçməli suyun verilməsində məhdudiyyətlər olacaqdır


Yaradılıb: 11-02-2015 10:55

    Bakı şəhəri Binəqədi rayonu Ağasadıq Gəraybəyli küçəsindən keçən magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar “+ 132 Şimal” su anbarından xəttə suyun verilişi dayandırılmışdır. Bununla əlaqədar 11 fevral 2015-ci il tarixdə gün ərzində 7-ci və 8-ci mikrorayonlara, Dərnəgül  yaşayış massivinə və Səttar Bəhlulzadə küçəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

  Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.