logo

Səbail rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq


Yaradılıb: 14-01-2015 12:58

   Bakı şəhəri Səbail  rayonu 2-ci mədən ərazisində yol infrastrukturunun  yenidən qurulması işləri çərçivəsində ərazidən keçən 500 mm diametrli magistral su xəttinin  köçürülməsi ilə əlaqədar 15 yanvar 2015-ci il tarixdə  gün  ərzində  Səbail rayonunun Bibiheybət və Şıx qəsəbələrinə, həmçinin 20-ci sahə yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

  Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.