logo

"Azərsu" ASC-nin xidmət göstərdiyi abunəçilərin sayı artmışdır


Yaradılıb: 13-01-2015 09:29

   2014-cü ildə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin xidmət göstərdiyi abunəçilərin sayı 104 min  və ya 8,5  faiz artmışdır. 01 yanvar 2015-ci il tarixinə ölkə üzrə 1309401 abunəçi su  və  kanalizasiya xidmətlərinin  istifadəçisi  kimi qeydiyyata  alınmışdır.  İstehlakçıların 1255831-i və ya 96 faizini əhali, 53570-i və ya 4 faizini isə qeyri-əhali qrupu abunəçiləri təşkil edir. Hesabat dövründə əhali qrupu abunəçilərinin sayı 91 min və ya 7,8 faiz, qeyri-əhali qrupu abunəçilərinin sayı isə 13 min və ya 31 faiz artmışdır.

 İl ərzində abunəçi sayında artım əsasən yeni layihələrin icrası nəticəsində istehlakçıların mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması, içməli su və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə hallarının aşkarlanaraq qeydiyyata alınması hesabına baş vermişdir.

 01 yanvar 2015-ci il tarixinə su təchizatı  xidməti göstərilən abunəçilərin 750 mini sayğacla təmin olunmuş, sayğaclaşma səviyyəsi 57 faizə çatmışdır.