logo

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə sosial tədbirlər keçirilmişdir


Yaradılıb: 30-12-2014 10:26

                  

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə sosial tədbirlər  keçirilmişdir.  Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq “Azərsu” ASC tərəfindən Saatlı  rayonunda müvəqqəti  məskunlaşmış  qaçqın və məcburi  köçkün  ailələrinə ərzaq yardımı edilmişdir. Cəbrayıl, Fizuli, Ağdam, Laçın, Zəngilan və işğal olunmuş digər rayonlardan olan 2257 nəfərdən ibarət 593 məcburi köçkün ailəsinə ərzaq yardımı paylanmışdır. 

  “Azərsu” ASC-nin  Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə təşkil etdiyi növbəti yardım tədbiri Bakı şəhəri Suraxanı rayonunda yerləşən 7 saylı uşaq evində keçirilmişdir. Uşaq evində  bayram süfrəsi təşkil edilmiş, hədiyyələr və gündəlik istifadə olunan məişət ləvazimatları təqdim olunmuşdur.