logo

“Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində ağacəkmə aksiyası keçirilmişdir


Yaradılıb: 29-11-2014 13:28

          

İDEA İctimai Birliyinin təşəbbüsü ilə keçirilən “Ümumrespublika yaşıllaşdırma” marafonuna “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin kollektivi də qoşulmuşdur. Suraxanı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə noyabrın 29-da  Hövsan Aerasiya Stansiyasında  ağacəkmə aksiyası keçirilmişdir.

Hövsan Aerasiya Stansiyasının ərazisində təşkil olunan ağacəkmə aksiyasında  400 ədəd zeytun, 400 ədəd eldar şamı tingi əkilmiş, ərazidəki yaşıllıqlara aqrotexniki qulluq göstərilmiş, abadlıq işləri aparılmışdır. Tədbirdə “Azərsu” ASC-nin və Suraxanı Rayon İcra Hakimiyyətinin 100-dək əməkdaşı iştirak etmişdir.

Qeyd edək ki,  Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çoxsaylı tədbirlər və layihələr həyata keçirilir. “Ümumrespublika yaşıllaşdırma” marafonu  yaşıllıq zolaqlarının genişlənməsi, ekoloji tarazlığının bərpası, insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin gücləndirilməsinə töhfələr verməkdədir.

Ekoloji sabitliyin təmin olunması və ətraf mühitin qorunmasına töhfələr verən  “Azərsu” ASC  yaşıllaşdırma tədbirlərini bundan sonra da davam etdirmək niyyətindədir.