logo

Məcburi köçkün ailələrinə ərzaq yardımı edilmişdir


Yaradılıb: 14-11-2014 11:49

      

   Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən qaçqın və məcburi  köçkün  ailələrinə yardım göstərilməsi məqsədi ilə tədbirlər davam etdirilir. 9 noyabr - Dövlət Bayrağı günü, 12 noyabr – Konstitusiya günü və 17 noyabr Milli Dirçəliş günü münasibətilə Səhmdar Cəmiyyət tərəfindən  Saatlı  rayonunda  müvəqqəti  məskunlaşmış  qaçqın və məcburi  köçkün  ailələrinə ərzaq yardımı edilmişdir. 

   Ərzaq məhsullarından ibarət yardım Saatlı rayonunda məskunlaşmış Füzuli, Ağdam, Cəbrayıl, Laçın və Zəngilan rayonlarından olan 2257 nəfərdən ibarət 593 məcburi köçkün ailəsinə verilmişdir.  “Azərsu” ASC-nin və Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları məcburi köçkün ailələrinə ərzaq yardımının paylanmasını təmin etmişlər.