logo

Təmizləyici qurğuların istismarı mövzusunda mütəxəssislər üçün təlimlər keçirilir


Yaradılıb: 31-10-2014 15:06

        

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti işçilərin peşəkarlıq səviyyəsinin artırılması, bilik və bacarıqların, iş təcrübəsinin yüksəldilməsinə xüsusi diqqət yetirir. Yeni texnologiyaların tətbiqi və  idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı yerli və xarici mütəxəssislər tərəfindən su təsərrüfatı işçiləri üçün mütəmadi olaraq kurslar təşkil olunur.

“Azərsu” ASC tərəfindən ölkə ərazisində içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması istiqamətində genişmiqyaslı layihələrin həyata keçirilməsi ilə paralel olaraq kadrların hazırlanmasına da xüsusi diqqət yetirilir. Bu sahədə içməli və  çirkab sutəmizləyici qurğularda çalışan mütəxəssislərin peşəkarlığının artırılması xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə Təlim-tədris mərkəzində “Təmizləyici qurğuların istismarı” mövzusunda növbəti təlimlər başlanmışdır. Təlimdə “Azərsu” ASC-nin aparatının, “Bakı Sukanal” İdarəsinin, Sumqayıt Sukanal İdarəsinin, Mərkəzi Laboratoriyanın və “Sukanal” ETLİ-nin əməkdaşları iştirak edirlər.

Təlim  müddətində iştirakçılara çirkab suyun mənbələri, xarakteriskası və təmizləmə növləri, əsas çirkləndiricilər və analiz üsulları, ilkin çökdürücülər barədə ətraflı məlumat verilir. Eyni zamanda  mütəxəssislər təmizləyici qurğularda qoxu probleminin səbəbləri və aradan qaldırılması, təmizləyici qurğuların işinə nəzarət, nümunələrin götürülməsi,  ölçmə və dəyərləndirmə işləri barədə nəzəri biliklərini artırmaq imkanı qazanırlar.

Qeyd edək ki, 2014-cü ilin 9 ayı ərzində “Azərsu” ASC tərəfindən  müxtəlif sahələri əhatə edən 46 təlim keçirilmişdir.  Bakı şəhəri və regionlarda keçirilmiş təlimlərdə 2000-dən çox əməkdaş iştirak etmişdir.