logo

“ExpressPay” terminallarında ödənişlərin qəbuluna başlanılmışdır


Yaradılıb: 18-09-2014 15:52

        

 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti içməli su və kanalizasiya xidmətlərinə görə yaranmış borcların ödənilməsinin asanlaşdırılması istiqamətində tədbirləri davam etdirir. Əhali və qeyri-əhali qrupu abunəçiləri borclarını bir ödəmə köşkündə - “ExpressPay” terminallarında ödəyə bilərlər.

“Azərsu” ASC-nin “Ekspressbank”  ilə əldə etdiyi razılığa əsasən, Səhmdar Cəmiyyətin bu sahə üzrə məlumatları “ExpressPay” ödəmə terminallarına inteqrasiya olunmuşdur.  İlkin mərhələdə ödəmələr abunəçi kodları ilə aparılır. Ödəniş aparılarkən, abunəçi  kodu sistemə daxil edilir və ekranda göstərilən ardıcıllıqla ödəmə prosesi həyata keçirilir.

Hazırda smart-kartların "EkspressPay" terminallarında yüklənməsini təmin etmək məqsədi ilə inteqrasiya işləri davam etdirilir. Yaxın vaxtlarla abunəçilər smart-kartları bu terminallarda yükləmək imkanı əldə edəcəklər.

Hazırda respublikanın 8 şəhər və rayonunda  69  “ExpressPay”  köşkü fəaliyyət göstərir. Bu köşklərin hər birində su və kanalizasiya xidmətləri üzrə ödəmələr aparmaq mümkündür. “ExpressPay” köşklərində əməliyyat aparılarkən texniki problemlər yarandıqda 955 nömrəsinə zəng etməklə əlaqə saxlanılmalıdır.

Qeyd edək ki, “Azərsu” ASC-nin abunəçiləri MilliÖn və E-manat ödəniş terminallarında da ödəniş aparmaq imkanına malikdirlər. Hər iki terminalda yükləmə prosesi analoji qaydada aparılır və istifadəçilər üçün eyni statusa malikdir.