logo

İşçilərin yay istirahətinin səmərəli təşkilinə xüsusi diqqət yetirilmişdir


Yaradılıb: 11-09-2014 16:25

                 

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti işçilərin yay mövsümündə istirahətlərinin səmərəli təşkilinə xüsusi diqqət yetirir. Səhmdar Cəmiyyət və Su Təsərrüfatı İşçiləri  Həmkarlar İttifaqı Respublika Komitəsi ilə (STİHİRK) birgə hazırladığı tədbirlər planına əsasən “Azərsu” ASC-nin idarə və təşkilatlarında çalışan işçilər və onların ailə üzvləri ölkəmizin müxtəlif bölgələrindəki istirahət mərkəzlərinə göndərilir.

  Təsdiq olunmuş qrafikə əsasən 2014-cü ilin yay mövsümü üçün iyun ayından  yollayışların verilməsinə başlanmışdır. İyun, iyul və avqust ayları ərzində  “Azərsu” ASC-nin idarə və müəssisələrində çalışan işçilərə 1857 nəfərlik yollayış verilmişdir. İşçilər və onların ailə üzvləri Xaçmaz, Qusar, İsmayıllı və Lerik  rayonlarındakı istirahət mərkəzlərinə  göndərilmişdir.  Bununla yanaşı,  50 nəfərin Naftalan şəhərindəki sanatoriyada müalicəsi və istirahəti təşkil edilmişdir.