logo

Kəlbəcər Sukanal İdarəsi yaradılmışdır


Yaradılıb: 25-08-2014 14:03

    “Azərsu” Açıq Səhmdar Cəmiyyəti qaçqın və məcburi köçkünlərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qaçqın və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğı nəticəsində məcburi köçkünlərin sıx məskunlaşdığı ərazilərdə yeni infrastruktur layihələri həyata keçirilmiş, onların mənzil şəraiti yaxşılaşdırılmışdır. Bu istiqamətdə tədbirlərin davamı olaraq məcburi köçkünlərə göstərilən içməli su və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması mühüm əhəmiyyət kəsb edir.

 Qaçqın və məcburi köçkünlərin həyat və məişət şəraitinin yaxşılaşdırılması çərçivəsində Gəncə şəhərində Kəlbəcər rayonundan olan 14199 nəfərdən ibarət 4663 məcburi köçkün ailəsi üçün yeni qəsəbə salınmışdır. Qəsəbədə içməli su və kanalizasiya şəbəkələri yaradılmış, sakinləri fasiləsiz su ilə təmin etmək üçün qəsəbəyə su xətti çəkilmişdir.

  Məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, yeni yaradılmış şəbəkələrin saxlanması və səmərəli istifadə olunmasını təmin etmək məqsədi ilə “Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyətinin tabeliyində Kəlbəcər Sukanal İdarəsi yaradılmışdır. Məcburi köçkün qəsəbəsinin mövcud su təchizatı və kanalizasiya sistemləri yeni yaradılmış qurumun balansına verilmişdir.