logo

Texniki şərtlərin verilməsi qaydaları təsdiq edilmişdir


Yaradılıb: 18-08-2014 10:28

   Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 avqust 2014-cü il tarixli 275 saylı qərarı ilə "İstehlakçıların  su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları" təsdiq edilmişdir. Qərar  Azərbaycan Respublikası Prezidentinin "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 18 mart tarixli 90-IVQD nömrəli Qanununun tətbiqi və "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 26 yanvar tarixli 266 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" 2011-ci il 20 aprel tarixli 423 nömrəli Fərmanının 1.4-cü bəndinin və "Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanununa, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununa və "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 2 aprel tarixli 980-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" 2010-cu il 24 may tarixli 262 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə verilmişdir.

 


texniki şərtlərin verilməsi və qoşulması qaydaları