logo

"Azərsu" ASC-nin xidmət göstərdiyi abunəçilərin sayı artır


Yaradılıb: 11-08-2014 13:47

     2014-cü ilin ikinci  rübündə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin su təchizatı və kanalizasiya xidmətləri göstərdiyi abunəçilərin sayı 35 min və ya 2,7 faiz artmışdır. 01 iyul 2014-cü il tarixinə olan məlumata görə, “Azərsu” ASC-də 1282146 abunəçi içməli su  və kanalizasiya xidmətlərinin  istifadəçisi  kimi qeydiyyata alınmışdır. İstehlakçıların 1235683-ü və ya 96,3  faizi  əhali, 46463-ü və ya 3,6 faizi isə qeyri-əhali qrupu abunəçiləridir. 2014-cü ilin aprel, may və iyun ayları ərzində  əhali qrupu abunəçilərinin sayı 2,5 faiz, qeyri-əhali qrupu abunəçilərinin sayı isə 10 faiz artmışdır.

   01 iyul 2014-cü il tarixə “Azərsu” ASC-nin  sayğacla təmin olunmuş abunəçilərinin sayı 714510-a çataraq sayğaclaşma səviyyəsi 55,6 faiz təşkil etmişdir. Hazırda əhali qrupu abunəçilərinin 54,6 faizi, qeyri-əhali qrupu abunəçilərinin isə 82,2 faizi sayğaclarla təmin olunmuşdur.