logo

Texniki şərtlər "Sukanal" Elmi Tədqiqat və Layihə İnstitutu tərəfindən verilir


Yaradılıb: 06-08-2014 14:43

    “Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. Son illər Bakı şəhəri və Abşeron yarımadasında, eləcə də regionlarda yeni su təchizatı və kanalizasiya infrastrukturlarının yaradılması  xidmət göstərilən abunəçilərin əhatə dairəsinin genişlənməsinə səbəb olmuşdur. Bunun nəticəsində mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemlərinə qoşulan abunəçilərin sayında ciddi artım müşahidə olunur.

Su təchizatı sistemlərinin effektiv idarə olunması və istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin  artırılması məqsədi ilə 01 avqust 2014-cü il tarixdən texniki şərtlərin hazırlanması və təqdim olunması “Azərsu” ASC-nin “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutu tərəfindən həyata keçirilir. Su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulma ilə əlaqədar texniki şərt almaq  üçün əhali və qeyri-əhali qrupu abunəçiləri Bakı şəhəri Moskva prospekti 67 ünvanında yerləşən  “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutuna müraciət edə bilər.