logo

Vakant iş yerlərinə qəbul olmaq istəyənlərin bilikləri qiymətləndirilir


Yaradılıb: 04-08-2014 10:58

  

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin keyfiyyətli icrasını təmin etmək üçün yüksək ixtisaslı mütəxəssislərin işə qəbuluna xüsusi önəm verir. Son vaxtlar regionlarda istismarda olan, layihələndirilən və tikilməkdə olan içməli su və kanalizasiya sistemlərində təmirçi çilingər, nasos qurğularının maşinisti, xlorator qurğusunun operatoru, elektrik qaz qaynaqçısı, elektrik montyoru, kəmər baxıcısı peşələri üzrə işçilərə ehtiyac yaranmışdır. Bununla əlaqədar Gəncə və Şəki Törəmə Səhmdar Cəmiyyətləri, Şirvan, Biləsuvar, Hacıqabul, Ağsu, Kürdəmir, Qazax, Mingəçevir  sukanal idarələri  üzrə vakant yerlərə işçi qəbulu ilə bağlı elanlar verilmiş və ötən müddət ərzində müxtəlif peşələr üzrə şəhər və  rayonlardan 120-dək müraciət qəbul edilmişdir.

 “Azərsu” ASC-nin İşə qəbul və testləşdirmə şöbəsinin mütəxəssisləri Gəncə, Ağsu və Şəki şəhərlərində namizədlərlə görüşmüş və onların peşə bilik səviyyələrini qiymətləndirmişlər Biliklərin qiymətləndirilməsi zamanı  98 namizəddən 38 nəfər müvəffəqiyyət qazanmış və həmin şəxslər Cəmiyyətin “Kadr Ehtiyat Bazası”na daxil edilmişdir.  Hazırda həmin şəxslərin zərurət olan müvafiq vakant iş yerlərinə  yerləşdirilməsi istiqamətində tədbirlər görülür.

Qeyd edək ki, “Azərsu” ASC-də yeni işçilərin işə qəbulu biliklərin qiymətləndirilməsi yolu ilə həyata keçirilir. Biliklərin qiymətləndirilməsinin  birinci mərhələsi test imtahanı, ikinci mərhələsi isə “Azərsu” ASC-nin mütəxəssislərindən ibarət qrup tərəfindən keçirilən fərdi müsahibədən ibarətdir.