logo

Beynəlxalq standartlara uyğun hazırlanmış maliyyə hesabatı müsbət audit rəyi almışdır


Yaradılıb: 01-08-2014 15:20

       “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tətbiqi istiqamətində tədbirləri uğurla davam etdirir. Cəmiyyətdə ilk dəfə olaraq beynəlxalq standartların tələblərinə tam cavab verən maliyyə hesabatları hazırlanmışdır.

2013-cü ilin maliyyə hesabatı dünyanın nüfuzlu auditor şirkətlərindən sayılan “Ernst &Young” tərəfindən audit edilmiş və müsbət rəy almışdır. Maliyyə hesabatı müstəqil auditorun rəyi ilə birlikdə maliyyə institutlarına və aidiyyatı dövlət orqanlarına təqdim olunmuşdur.

Qanunvericiliyə uyğun olaraq maliyyə hesabatlarında təqdim olunmuş informasiyadan sərbəst istifadəni təmin etmək məqsədilə "Azərsu" ASC-nin  31 dekabr 2013-cü il tarixində başa çatan il üzrə konsolidasiya olunmuş maliyyə hesabatları auditor rəyi ilə birlikdə Səhmdar Cəmiyyətin internet səhifəsində (http://www.azersu.az/122-Maliyy%C9%99+hesabatlar%C4%B1) yerləşdirilmişdir.

Hesabatlarda Səhmdar Cəmiyyətin maliyyə - təsərrüfat fəaliyyətini dürüst, etibarlı şəkildə əks etdirən informasiya, o cümlədən aktivlərin və öhdəliklərin ədalətli dəyəri, artan yekunla gəlirlər, xərclər və maliyyə nəticələri, pul vəsaitlərinin axını (hərəkəti), kapitalda hesabat dövrü ərzində baş vermiş dəyişikliklər öz əksini tapmışdır.