logo

"Azərsu" ASC-nin əməkdaşlarına sertifikatlar təqdim olunmuşdur


Yaradılıb: 22-07-2014 14:15

        

    “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi arasında İSO 9001:2008 beynəlxalq standartına uyğun keyfiyyəti idarəetmə sisteminin qurulması və tətbiq olunması barədə imzalanmış müqavilə çərçivəsində təlim təşkil olunmuşdur. Təlimdə Səhmdar Cəmiyyətin aidiyyəti struktur bölmələrinin 12 nəfər işçisinə ISO 9001:2008 keyfiyyəti idarəetmə sisteminin əsas prinsipləri, proseslərin idarə edilməsi və İSO standartının şərhi ilə bağlı məlumatlar verilmişdir.

  İyulun 16-da təlimdə iştirak etmiş və müvəffəqiyyət qazanmış işçilərə sertifikatlar təqdim olunması ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə çıxış edən  "Azərsu" ASC sədrinin birinci müavini Teyyub Cabbarov əhalinin keyfiyyətli və fasiləsiz içməli su ilə təmin etmək məqsədi ilə su təchizatı və kanalizasiya sistemlərinin beynəlxalq standartlara uyğun qurulması sahəsində həyata keçirilən geniş miqyaslı işlər haqqında məlumat verərək, Cəmiyyətdə İSO beynəlxalq standartlarının tətbiqinə başlanılmasını mühüm hal kimi qiymətləndirmişdir. Teyyub Cabbarov həyata keçirilən layihələrin icrasında beynəlxalq innovativ yeniliklərin və müasir idarəetmə prinsiplərinin tətbiq edilməsinin vacibliyini qeyd edərək, Səhmdar Cəmiyyətin fəaliyyətinin bütün sahələrində, xüsusilə də insan resurslarının idarə edilməsi sahəsində beynəlxalq səviyyədə qəbul olunmuş İSO standartlarının tətbiq olunmasının görülən işlərin keyfiyyətinə təsir göstərəcəyini söyləmişdir. 

      Daha sonra təlimdə müvəffəqiyyət qazanmış işçilərə sertifikatlar təqdim olunmuşdur.