logo

İçməli suyun verilməsində məhdudiyyətlər olacaqdır


Yaradılıb: 27-03-2014 17:50

  “H.Z.Tağıyev adına Su Kəmərləri” İdarəsinin 1 saylı nasos stansiyasında yenidənqurma işlərinin aparılması ilə əlaqədar 28 mart 2014-cü il tarixdə saat 08:00-dan 24 saat müddətinə H.Z.Tağıyev qəsəbəsi, Sumqayıt stansiyası, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi,   Abşeron rayonunun Qobustan, Çaylı, Pirəküşkül, Nübar və Binəqədi rayonunun 28 may yaşayış məntəqələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

 Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.