logo

8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilmişdir


Yaradılıb: 07-03-2014 15:18

            
    8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə “Azərsu” Səhmdar Cəmiyyətində tədbir keçirilmişdir. Bu əlamətdar gün münasibəti ilə “Azərsu” ASC-nin qadın əməkdaşlarını rəhbərlik adından təbrik edən Səhmdar Cəmiyyətin  sədrinin birinci müavini Teyyub Cabbarov 8 mart – Beynəlxalq Qadınlar gününün yaranma tarixinə nəzər salaraq bu bayramın dünyanın əksər ölkələrində  qeyd olunduğunu bildirmişdir. Milli-mənəvi dəyərlərin əsrlər boyu yaşadılmasında Azərbaycan qadınlarının misilsiz xidmətlərinin olduğunu xatırladan  T.Cabbarov müasir dövrdə də qadınların ölkəmizin ictimai-siyasi, elmi-mədəni həyatında yaxından iştirak etdiyini vurğulamışdır. Xalqımızın ümummilli lideri Heydər Əliyev qadınların cəmiyyətdə rolunun yüksəldilməsi istiqamətində böyük işlər görmüş, cəmiyyətdə qadınların  rolunun artırılması məsələsini daim diqqətdə saxlamışdır. Bu ənənələrə sadiq qalan Heydər Əliyev kursunun layiqli davamçısı Möhtərəm Prezident İlham Əliyev qadınların ictimai-siyasi fəallığının artırılmasına xüsusi önəm vermişdir. Onun rəhbərliyi ilə gender siyasəti, ailə və uşaqlara dövlət qayğısı  istiqamətində geniş tədbirlər hayata keçirilmişdir. Azərbaycan qadınının, ailəsinin qarşılaşdığı problemlərin həllində, uşaqların sağlamlığının qorunması, təhsili və tərbiyəsi sahəsində Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da misilsiz xidmətləri vardır”. 

  T.Cabbarov içməli su təsərrüfatı sektorunda mühüm nailiyyətlərin əldə edilməsində qadınların böyük əməyinin olduğunu bildirmişdir.  Qadınların   üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirməsi  və cəmiyyətdə fəal mövqe tutması yüksək qiymətləndirilmişdir. 

  Tədbirin sonunda “Azərsu” ASC-nin xanım əməkdaşlarına bayram hədiyyələri təqdim edilmişdir.

   Qeyd edək ki, “Azərsu”ASC-də çalışan 12107 işçinin 2417 nəfərini qadınlar təşkil edir. Qadın işçilərin 666 nəfəri rəhbər və mütəxəssis vəzifələrində çalışır.