logo

Dispetçer vəzifəsinə işçi qəbulu elan edilir


Yaradılıb: 06-03-2014 11:01

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti 955 nömrəli Qaynar Xətt xidmətinə  dispetçer vəzifəsi üzrə  mütəxəssislərin işə qəbulunu elan edir. Müsabiqədə  22-35 yaşlarında, ali təhsilli, Azərbaycan və rus dillərini bilən, kompyuterdə işləmək bacarığı olan xanımlar iştirak edə bilər. 

 Vəzifə təlimatına uyğun olaraq dispetçer zəngləri qəbul edir və onların qeydiyyatını aparır, qeydə alınmış müraciətləri aidiyyəti strukturlara çatdırır və onların nəticələrini öyrənərək təhlil edir, bu barədə vətəndaşlara məlumat verir. Dispetçerlər vətəndaşlarla xoş ünsiyyət yaratmalı, onların problemlərini diqqətlə dinləməli, nəzakətli danışmalıdırlar. 

Dispetçerin iş vaxtı 12  saatlıq qrafik əsasında, ikinövbəli (saat 08:00-20:00 və saat 20:00-08:00), istirahət və bayram günləri də daxil olmaqla müəyyən olunur.

Namizədlər CV-lərini   hr@azersu.az   e-mail ünvanına göndərməli və müraciət formasında iddia edilən vəzifənin adı “dispetçer” göstərilməlidir. Şəxsi məlumatlar Azərbaycan dilində olmalı və burada əvvəlki iş yerlərindəki öhdəliklər barədə ətraflı məlumat verilməlidir.

İşə qəbul müsabiqə əsasında həyata keçirilir. Müsabiqənin birinci mərhələsi test imtahanı, ikinci mərhələsi isə “Azərsu” ASC-nin mütəxəssislər tərəfindən keçirilən fərdi müsahibədən ibarətdir.