logo

"Azərsu" ASC işçi qəbulu elan edir


Yaradılıb: 10-02-2014 13:38

   “Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Şəki Sukanal” Törəmə Səhmdar Cəmiyyətində baş mühasib və “Göyçay Sukanal” Törəmə Səhmdar Cəmiyyətində mühasib vəzifələri üzrə  işçi qəbulunu elan edir. Müsabiqədə  1 C mühasibatlıq proqramı ilə işləmək bacarığı və bu sahədə azı 3 il iş təcrübəsi olan, 25-45 yaşlarında, ali təhsilli, Azərbaycan və rus dillərini bilən vətəndaşlar iştirak edə bilər.

    Namizədlər CV-lərini   hr@azersu.az   e-mail ünvanına göndərməli və müraciət formasında iddia edilən vəzifənin adı “baş mühasib” və "mühasib" göstərilməlidir. Şəxsi məlumatlar Azərbaycan dilində olmalı və burada əvvəlki iş yerlərindəki öhdəliklər barədə ətraflı məlumat verilməlidir.

    İşə qəbul müsabiqə əsasında həyata keçirilir. Müsabiqənin birinci mərhələsi test imtahanı, ikinci mərhələsi isə “Azərsu” ASC-nin mütəxəssislərindən ibarət qrup tərəfindən keçirilən fərdi müsahibədən ibarətdir.