logo

"Azərsu" ASC daha bir onlayn ödəmə sisteminə qoşulmuşdur


Yaradılıb: 30-08-2013 15:42

  /userfiles/Без имени-1.jpg

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə “Azərikard” prosessinq mərkəzi arasında əməkdaşlıq daha da genişlənir. Belə ki, “Azərsu” ASC-nin onlayn-ödəmələr sisteminə qoşulması üzrə bütün işlər müvəffəqiyyətlə başa çatıb. Artıq istər əhali, istərsə də qeyri-əhali abunəçiləri “Azərsu” ASC-nin rəsmi internet səhifəsinin (www.azersu.az) “Online ödəniş” bölməsinə daxil olub plastik kartlardan istifadə etməklə su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borclarını ödəyə bilərlər.

  Qeyd edək ki, “Azərsu” ASC-nin rəsmi internet səhifəsinin (www.azersu.az) “Online ödəniş” bölməsindən KÖMİS və GoldenPay ödəniş sistemlərinin xidmətlərindən də istifadə etmək mümkündür.