logo

Nəsimi və Binəqədi rayonlarının bir hissəsinə içməli su fasilələrlə veriləcəkdir


Yaradılıb: 22-08-2013 17:42

    Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsində yeni çəkilmiş 200 mm diametrli su xəttinin 700 mm diametrli magistral xəttə birləşdirilməsi işləri aparılır. Bununla əlaqədar  23 avqust 2013-cü il tarixdə gün ərzində Nəsimi  və Binəqədi rayonlarının bəzi ərazilərinə  içməli su müəyyən fasilələrlə veriləcək.

   Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.