logo

Masazır qəsəbəsi və Binəqədi kəndinin bir hissəsinin içməli su təchizatında məhdudiyyətlər olacaq


Yaradılıb: 20-08-2013 11:57

Ceyranbatan-Binəqədi magistral su xəttində planlaşdırılan təmir-bərpa işləri ilə əlaqədar  21 avqust 2013-cü il tarixində Masazır qəsəbəsinin və Binəqədi kəndinin bir hissəsinin içməli su təchizatında məhdudiyyətlər tətbiq ediləcək.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.