logo

İşçilərin yay mövsümündə istirahətlərinin səmərəli təşkilinə diqqət yetirilir


Yaradılıb: 13-08-2013 11:54

              

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti işçilərin yay mövsümündə istirahətlərinin səmərəli təşkilinə xüsusi diqqət yetirir. Səhmdar Cəmiyyət və Su Təsərrüfatı İşçiləri  Həmkarlar İttifaqı Respublika Komitəsi ilə (STİHİRK) birgə hazırladığı tədbirlər planına əsasən “Azərsu”  ASC-nin idarə və təşkilatlarında çalışan işçilər və onların ailə üzvləri ölkəmizin müxtəlif bölgələrindəki istirahət mərkəzlərinə göndərilir.

          Təsdiq olunmuş qrafikə əsasən 2013-cü ilin yay mövsümündə “Azərsu” ASC-nin ayrı-ayrı struktur bölmələrində çalışan təxminən 3 min nəfərin istirahət mərkəzlərinə göndərilməsi nəzərdə tutulur.  İndiyə qədər 1800 nəfər 2, 5 və 7 günlük olmaqla  Naftalan, Nabran, Qusar, İsmayıllı və Lerik  rayonlarındakı istirahət mərkəzlərinə  göndərilmişdir.