logo

Yanvar-iyun aylarında 27 subartezian quyusu istismara verilmişdir


Yaradılıb: 29-07-2013 14:41

       

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri ilə yanaşı regionlarda da içməli su təchizatı layihələrinin icrasına  xüsusi diqqət yetirir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir.

  İçməli sudan daha çox əziyyət çəkən yaşayış məntəqələrində su təchizatının yaxşılaşdırılıması məqsədi ilə 2013-cü ilin yanvar-iyun ayları ərzində 27 subartezian quyusu qazılaraq istismara verilmişdir. “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin sifarişi əsasında Zaqatala, Yardımlı, Lerik, İsmayıllı, Goranboy, Ağdam, Balakən, Qazax, Ağcabədi,  Samux rayonunun kənd və qəsəbələrində qazılmış subartezian quyuları yerli əhalinin içməli suya olan tələbatının ödənilməsinə töhfəsini vermişdir. Görülmüş işlər nəticəsində 24 yaşayış məntəqəsində 5 mindən çox sakinin içməli su təchizatı yaxşılaşmışdır.

   Hazırda içməli su çatışmazlığı müşahidə olunan kənd və qəsəbələrdə su təchizatının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. “Birləşmiş Sukanal” MMC hazırda respublikanın 46 şəhər və rayon mərkəzi ilə yanaşı 80 qəsəbə və 271 kənd yaşayış məntəqəsində 244 minədək abunəçiyə xidmət göstərir.