logo

Prezident İlham Əliyev:"İçməli su, kanalizasiya xətləri infrastruktur layihələri arasında bu gün prioritet məsələdir"


Yaradılıb: 18-07-2013 23:00

     

İyulun 18-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. İclasda çıxış edən Prezident İlham Əliyev 2013-cü ilin 6 ayında ölkədə sosial və iqtisadi vəzifələrin uğurla icra edildiyini bildirmişdir.

Dövlət başçısı ölkədə böyük infrastruktur layihələrinin həyata keçirildiyini xatırladaraq içməli su və kanalizasiya layihələrinin prioritet olduğunu diqqətə çatdırmışdır: “İnfrastruktur layihələri arasında xüsusilə içməli su, kanalizasiya layihələrini mən qeyd etmək istəyirəm. Çünki bu layihələr növbəti aylarda, illərdə də icra ediləcəkdir. İçməli su-kanalizasiya layihələri bu gün əsas prioritetdir. Gördüyünüz kimi, demək olar ki, biz hər həftə, hər ay hansısa bir şəhərdə yeni su layihəsinin istismara verilməsini qeyd edirik, yaxud da onun təməlini qoyuruq. Bu proses artıq geniş vüsət almışdır. Dövlət büdcəsində də kifayət qədər vəsait nəzərdə tutulur”.

 İclasda içməli su təchizatı və kanalizasiya sistemlərinin müasir tələblər səviyyəsində qurulması istiqamətində tədbirlərin davam etdiriləcəyi bildirilmişdir.