logo

İçməli suyun verilməsində məhdudiyyətlər olacaqdır


Yaradılıb: 19-07-2013 09:28

   İstehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə Lökbatan dairəsindən Bakı şəhəri Səbail rayonu 20-ci sahə yaşayış massivi istiqamətində uzun müddətdir istismarda olan 500 mm diametrli magistral su xəttinin 640 metrlik hissəsi yenilənmişdir. Magistral xətdə şəbəkəyə qoşulma işlərinin aparılması ilə əlaqədar 19 iyul 2013-cü il tarixində Bakı şəhəri Səbail rayonunun Bibiheybət və Bayıl qəsəbələrinin bir hissəsinə, eyni zamanda Salyan şossesi boyunca Lökbatan dairəsinədək olan ərazilərə içməli su gün ərzində fasilələrlə veriləcəkdir.

   Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.