logo

Kənd və qəsəbələrdə əhalinin içməli su təchizatı yaxşılaşdırılır


Yaradılıb: 17-07-2013 15:36

       

 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri ilə yanaşı, regionlarda  da əhalinin içməli su təchizatının yaxşılaşdırılması  məqsədi ilə təxirəsalınmaz tədbirləri davam etdirir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq şəhər və rayon mərkəzlərində, eləcə də kənd yaşayış məntəqələrində genişmiqyaslı işlər həyata keçirilir. Bu məqsədlə içməli sudan daha çox əziyyət çəkən yaşayış məntəqələri müəyyənləşdirilərək layihələr həyata keçirilir.

    Regionlarda həyata keçirilən layihələrin bir hissəsi “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən icra edilir. 2013-cü ilin yanvar-iyun ayları ərzində Gədəbəy rayonunun Pərizamanlı, Salyanın Xıdırlı, Goranboyun Tap-Qaraqoyunlu, İsmayıllının Kürd Eldarbəyli, Balakənin Sarıbulaq, Qobustanın  Cəmcəmli, Göydərə, Ərəbqədim və digər kəndlərində su təchizatının yaxşılaşdırılması işlərinə başlanmışdır. Əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə “Birləşmiş Sukanal” MMC-nin sifarişi əsasında  66,6  km uzunluğunda magistral və paylayıcı su xətləri çəkilmiş,  59 siyirtmə, 33 nasos, 2 elektrik mühərriki quraşdırılmışdır. Bununla paralel olaraq, su mənbələrində, kanalizasiya şəbəkələrində, baş qurğularda yenidənqurma işləri aparılmışdır. Cari ilin ötən dövrü ərzində suyun istehsal texnologiyasına riayət olunması laboratoriya analizlərinin vaxtlı-vaxtında aparılması və qarşıya çıxan qüsurların aradan qaldırılması məqsədi ilə müvafiq tədbirlər görülmüşdür.  

  “Birləşmiş Sukanal” MMC hazırda respublikanın 46 şəhər və rayon mərkəzində, eyni zamanda 80 qəsəbə və 271 kənd yaşayış məntəqəsində 244 minədək abunəçiyə xidmət göstərir. Hazırda Cəmiyyətin xidmət göstərdiyi 33 şəhər və rayon mərkəzində  su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri həyata keçirilir.