Bakı şəhəri Yasamal rayonu ərazisində magistral su xətləri üzərində sayğacların quraşdırılması işləri ilə əlaqədar 06 iyun 2013-cü il tarixində gün ərzində paytaxtın Yasamal və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.
Paytaxtın Suraxanı rayonu ərazisində yerləşən “+70 Dədə Qorqud” su anbarının çıxış xətlərindən birində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 06 iyun 2013-cü il tarixində Hövsan qəsəbəsinə içməli su gün ərzində müəyyən fasilələrlə veriləcəkdir.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.