Bakı şəhəri Xətai rayonu Nobel prospektində aparılan abadlıq işləri ilə əlaqədar ərazidən keçən 400 mm diametrli magistral su xəttinin yeri dəyişdirilmişdir. Hazırda magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır. Bununla əlaqədar 04 iyun 2013-cü tarixdə gün ərzində Xətai rayonu Nobel prospekti boyunca bəzi ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.