Bakı şəhəri Binəqədi rayonu C.Xəndan küçəsində 400 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır. Bunun la əlaqədar 14 may 2013-cü il tarixdə gün ərzində C.Xəndan küçəsi və ətraf ərazilərə içməli su müəyyən fasilələrlə veriləcək.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.