logo

2012-ci ildə “Azərsu” ASC-nin xidmət göstərdiyi abunəçilərin sayı 4 % artmışdır


Yaradılıb: 31-01-2013 15:12

   2012-ci ildə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin xidmət göstərdiyi abunəçilərin sayı 53 min abunəçi və ya 4 % artmışdır. 01 yanvar 2013-cü il tarixinə olan məlumata görə, ölkə üzrə 1138044 abunəçi  su   və   kanalizasiya  xidmətlərinin  istifadəçisi  kimi  qeydiyyata   alınmışdır.    İstehlakçıların  96 %-ni əhali, 4 %-ni isə qeyri-əhali qrupu abunəçiləri təşkil edir. 2012-ci ildə abunəçi sayında artım nəzarət tədbirlərinin gücləndirilməsi, qeyri-qanuni qoşulmaların rəsmiləşdirilməsi, həmçinin yeni abunəçilərin qeydiyyata alınması hesabına baş vermişdir.